image-rt-reklam
image-1backend

Mqer Qriqoryan: Azərbaycanın qərarı sülh üçün önəmlidir

image-728x90

Azərbaycanın tranzit məhdudiyyətlərini aradan qaldırması regionda əməkdaşlıq və sülhə töhfədir.

Ulusal.az  xəbər verir ki, bu barədə Ermənistan Baş nazirinin müavini Mqer Qriqoryan bildirib.

Mqer Qriqoryan Azərbaycan Prezidenti İlham Əliyevin Ermənistan istiqamətində yük daşımalarına qoyulmuş məhdudiyyətlərin aradan qaldırılması barədə açıqlamasını məmnunluqla qarşılayıb.

“Əlbəttə, Azərbaycan Respublikasının Prezidenti tərəfindən Ermənistan istiqamətində yük daşımalarına qoyulmuş məhdudiyyətlərin ləğv olunması qərarını alqışlayır və təqdir edirəm”, – Qriqoryan vurğulayıb.

O, bu addımın regional kommunikasiya xətlərinin açılması, qarşılıqlı etimadın gücləndirilməsi və sülh gündəliyinin irəlilədilməsi üçün önəmli olduğunu qeyd edib.

Baş nazirin müavini onu da qeyd edib ki, Azərbaycan və Qazaxıstandan olan tərəfdaşların göstərdiyi səylər və bu istiqamətdə aparılan işlər yüksək qiymətləndirilir.

Qeyd edək ki, Prezident İlham Əliyev Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ilə mətbuata bəyanatında Azərbaycanın Ermənistana yük tranziti ilə bağlı işğaldan bəri mövcud olan bütün məhdudiyyətləri aradan qaldırdığını bildirib.

Ermənistan Respublikası Azərbaycan Prezidentinin Ermənistana yüklərin tranzitinə qoyulan məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı bəyanatını alqışlayıb.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90