image-rt-reklam
image-1backend

Ərdoğan xalqı sevindirəcək xəbəri ELAN ETDİ

image-728x90

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu il Fitr bayramının doqquz gün davam edəcəyini açıqlayıb.

Ulusal.az xəbər verir ki, o , bunu iftar zamanı deyib .

“Dövlət qulluqçularımıza aprelin 2, 3 və 4-də inzibati məzuniyyət veriləcək. Bu, ölkəmizə Ramazan bayramı ilə bağlı ümumilikdə doqquz gün istirahət etməyə imkan verəcək”? – Rəcəb Tayyib Ərdoğan

Türkiyə dövlət başçısı xatırladıb ki, məktəblilərin tətil günləri Fitr bayramı günlərinə təsadüf edir. Ona görə də ailələrin uşaqları ilə vaxt keçirmələri, bayramı dinc və sevinc içində keçirmələri vacibdir.

“Dövlət qulluqçularımız 2 aprel çərşənbə, 3 aprel cümə axşamı və 4 aprel cümə günləri inzibati məzuniyyətə çıxacaq. Bu, ölkəmizin ümumilikdə 9 gün istirahət edəcəyi anlamına gəlir. Ümid edirəm ki, Ramazan bayramı xalq olaraq birliyimizi, həmrəyliyimizi, qardaşlığımızı gücləndirməyə kömək edəcək”, – Ərdoğan bildirib.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90