image-rt-reklam
image-6666backend

Ərdoğan: “PKK-nın İraqda varlığına son qoyulmalıdır”  

image-728x90

Türkiyə Prezidenti  Rəcəb Tayyib Ərdoğan ilə İraqın Baş naziri Məhəmməd əl-Sudani arasında telefon danışığı olub.

Ulusal.az xəbər verir ki, telefon danışığında Türkiyə-İraq əlaqələri və regional məsələlər müzakirə edilib.

Ərdoğan görüşdə ikitərəfli və regional əməkdaşlığın qarşıdakı dövrdə hər sahədə daha da güclənəcəyinə inandığını bildirib.

İraqın sülh, sabitlik və ərazi bütövlüyünə Türkiyə qədər önəm verdiklərini bildirən Ərdoğan terror təşkilatı PKK-nın İraq torpaqlarında varlığına son qoyulmasının milli təhlükəsizlik maraqlarına cavab verdiyini qeyd edib.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90