Türkiyə prezidenti gələn il sonuncu dəfə seçkilərdə iştirak edəcəyinə eyham vuraraq, estafeti gənclərə ötürməyin vaxtı olduğunu deyib. Ulusal.az xəbər verir ki, Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyənin şimalında Samsun şəhərində çıxışı zamanı deyib. “Ümid edirik ki, 2023-cü ildə son dəfə millətimizin dəstəyindən alacağımız güclə türk yüzilliyinin inşasına başlayacağıq. Biz bu müqəddəs bayrağı gənclərimizə təhvil verəcəyik”, – deyə o əlavə edib.
Türkiyədə milli seçkilər 2023-cü ildə keçiriləcək.
Ölkədəki iqtisadi qeyri-sabitliyin səbəbinin ekspertlər tərəfindən hökumətin yanlış idarəçiliyinin nəticəsi kimi qəbul edilməsinə baxmayaraq, Ərdoğanın partiyası yenidən birinci olmağa çalışır.






















