image-2000x150
image-555backend

Dövlət Baxçalıdan tələb: Zəlzələ bölgəsində oğurluq edənlər ölkədən qovulmalıdır

image-728x90

Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) lideri Dövlət Baxçalı zəlzələ bölgəsində oğurluq və qarətlə məşğul olanları ölkədən qovulmasını tələb edib.

Ulusal.az xəbər verir ki, Dövlət Baxçalı bildirib ki, həlak olan insanları qarət edənlər əgər Türkiyə vətəndaşıdırsa vətəndaşlıqları ləğv edilməli, yox əgər qaçqındırlarsa ölkədən qovulmalıdır.

“Qətl və talançılıqla məşğul olan o amansız insanların vətəndaşlıqdan çıxarılmasının mümkünlüyünü qiymətləndirmək lazımdır. Əgər onlar qaçqındırlarsa, bu, onların öz ölkələrinə qovulmalıdır. Bu türk xalqı adına rəzalətdir”, – deyə Baxçalı bildirib.

Ədliyyə Nazirliyinin məlumatına görə, zəlzələlərdən sonra 11 əyalətdə 97 nəfər qətldə və oğruluqda şübhəli bilinərək həbs edilib.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90