image-2000x150
image-nesib66backend

Deputat: “Fransanın “türkəfob”, “islamofob” siyasətçiləri ölkənin maraqlarını deyil, erməni bacılarına sevgilərini üstün tutdular-MÜSAHİBƏ

image-728x90

Ermənistan müxtəlif qütblər arasında vurnuxur.

Müstəqil siyasət aparmaq iqtidarında olmadığı üçün, xarici aktorlardan asılıdır.

Bəşər Əsədin yanlış siyasəti nəticəsində, kürdlər ölkənin şimalına yerləşdirilmiş və aborigen xalq olan türkmənlər öz yurdlarından qovulmuşlar.

Tayyib Ərdoğan dünya miqyasında özünü təsdiq etmiş liderdir. Türkiyənin bu səviyyəyə çatması üçün çox işlər görüb.

Milli Məclisin deputatı Nəsib Məhəməliyevin “Atributinfo.az”-a müsahibəsi

– Nəsib müəllim, Fransa Senatının və Milli Assambleyanın qərarının Azərbaycana hər hansı formada təsiri varmı?
– Birmənalı şəkildə deyə bilərəm ki, Fransa Milli Assambleyasının və Senatın qəbul etdiyi qətnamələr, beynəlxalq hüquqa ziddir və Fransa-Azərbaycan münasibətlərinə ciddi zərbə vurdu.
Azərbaycan Ermənistandan fərqli olaraq, hər tərəfli inkişaf etmiş, geniş iqtisadi imkanlara malik ölkədir. Fransa ilə çoxmilyardlı iqtisadi layihələr icra oluna bilərdi. Lakin, Fransanın “türkəfob”, “islamofob” siyasətçiləri ölkənin maraqlarını deyil, erməni bacılarına sevgilərini üstün tutdular.
Təbii, qətnamələrin müəyyən mənfi təsirləri olacaqdır. Fransa Aİ-dakı mövqeyindən istifadə edərək, digər ölkələri də, analoji addımlar atmağa təhrik edə bilər. Ancaq, tam olaraq, Aİ-ı bu məsələdə Fransaya dəstək verməyəcəkdir. İttifaqın 9 üzvü ilə Azərbaycan strateji müttəfiqlik, bəziləri ilə dostluq əlaqələrinə malikdir.
-Hazırkı mərhələdə sülh prosesini necə qiymətləndirmək olar?
– Danışıqlar gedir. İlin sonuna qədər Azərbaycan və Ermənistan liderlərinin, xarici işlər nazirlərinin görüşü planlaşdırılır. Azərbaycanın mövqeyi beynəlxalq hüquqa söykənir və stabil olaraq qalır. Ermənistan müxtəlif qütblər arasında vurnuxur. Müstəqil siyasət aparmaq iqtidarında olmadığı üçün, xarici aktorlardan asılıdır. Bu da, həmin güclərin öz geosiyasi maraqlarından çıxış etməsinə şərait yaradır. Nəticədə, gərginlik davam edir. Proses çətin də olsa, gedir.
Son zamanlar sülhməramlılarla bağlı mətbuatda tez-tez narazılıqlar səsləndirilir. Bu nədən qaynaqlanır və Rusiyanın Azərbaycanla bağlı siyasətində korrektələr varmı?
– Sülhməramlılarla bağlı narazılıqlar, elə onların özlərindən qaynaqlanır. Çünki, mandatları ilə uzlaşmayan fəaliyyətlə məşğuldurlar. Rusiyanın Azərbaycanla bağlı siyasətində, bəzi detallar istisna olmaqla, hələlik ciddi dəyişikliklər hiss olunmur. Korrektələrin olması üçün ən azından Rusiya öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməli, 10 noyabr bəyannaməsinin tam şəkildə icrasını təmin etməlidir.
-Nəsib müəllim, Amerika Birləşmis Ştatları və ümumilikdə Qərbin təzyiqi fonunda qardaş Türkiyənin Suriya əməliyyatını necə şərh etmək olar? Nəticə və proqnozlar nədən ibarətdir?
-Bilirsiz, Suriya məsələsi olduqca mürəkkəbdir. Orada biri-birinə zidd həm xarici, həm də daxili qüvvələrin fəaliyyəti nəticəsində proseslər idarə olunmaz hal almışdır. Bəşər Əsədin yanlış siyasəti nəticəsində, kürdlər ölkənin şimalına yerləşdirilmiş və aborigen xalq olan türkmənlər öz yurdlarından qovulmuşlar. Uzun illərdi ki, 4-5 milyon suriyalı qaçqın Türkiyədə sığınacaq tapmışdır. Türkiyə hökuməti həmin qaçqınları öz yerlərinə qaytarmaq üçün yeni qəsəbələr inşa etdirir. Eyni zamanda, qlobal güclərin, Aralıq dənizinə çıxışı olan Kürdüstan dövlətinin yaradılmasının qarşısını almaqda qərarlı görünür. Türkiyənin təhlükəsizliyi üçün, bu olduqca vacib məsələdir. Ona görə də, şərt olaraq, 30 kilometrlik təhlükəsizlik zolağının yaradılmasını irəli sürür.
İndidən proqnozlar vermək çətindir. Söhbət təkcə, Suriya ilə məhdudlaşmır. Daha geniş, coğrafiyanı, Aralıq dənizini, Liviyanı, Kıbrız cümhuriyyətini, Afrikanın şimalını, o cümlədən Cənubi Qafqazı əhatə edən ərazidən gedir.
Hesab edirəm ki, yekun nəticədə qardaş ölkə istədiyinə nail olacaq.
2023-cü ildə Türkiyədə prezident seçkiləri baş tutacaq. Ərdoğanın şanslarını necə dəyərləndirirsiniz?
-2023-cü ilin prezident seçkilərinə qədər gərginlik yüksək həddə çata bilər. Hörmətli Rəcəb Tayyib Ərdoğan dünya miqyasında özünü təsdiq etmiş liderdir. Türkiyənin bu səviyyəyə çatması üçün çox işlər görüb. Türk xalqı, müdrik, dərin dövlətçilik ənənələrinə malik xalqdır. Düşünürəm ki, təkcə Türkiyə üçün yox, bütövlükdə türk dünyası üçün taleyüklü məsələdə düzgün seçim edəcək və Ərdoğan yenidən qalib gələcək.
-Müsahibə üçün təsəkkür edirəm.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90