Ulusal.az Globalinfo.az-a istiandən xəbər verir ki, bunu RBK-ya açıqlamasında seysmoloq Anna Lyusina deyib.
Onun sözlərinə görə, tavanın hissələrindən birində gərginlik boşalıb:
“Müvafiq olaraq bütün tava aktivləşib və bu aktivlik tavaların digər hissələrinə də yayılır. Yəni gərginliyin yenidən bölüşdürülməsi kifayət qədər uzaq yerlərdə yeni zəlzələlərə gətirib çıxara bilər”.
Televiziyaya danışan vulkanoloq Guido Ventura da təxminən eyni fikri bölüşdüyünü bildirib. Ekspertin fikrincə, Türkiyədəki zəlzələdən sonra afterşokları izləmək və yeraltı təkanların miqrasiyasının necə olacağına baxmaq lazımdır. Ventura yeni zəlzələnin Ölü dəniz və İraqda baş verə biləcəyini söyləyib.
Qeyd edək ki, bundan öncə İtaliyanın Geofizika və Vulkanologiya İnstitutunun prezidenti Karlo Doqloni Ərəbistan tavasının 3 metr hərəkət etdiyi haqqında məlumat yaymışdı. O, nəticədə 150 kilometrlik ərazidə qırılmanın aktivləşdiyini, yəni Türkiyənin Ərəbistan tavasına münasibətdə cənub-qərbə doğru 3 metr yer dəyişdirdiyini bildirmişdi.






















