image-rt-reklam
image-1backend

Çingiz xan serialında Azərbaycan həqiqətləri: Zaur Əliyev yazır…

image-728x90

2004-cü ildə Çinin Mərkəzi Televiziyası tərəfindən 30 seriyalıq Çingizxan filmi nümayiş etdirilir. Serial “Monqolların Gizli Tarixində” təsvir olunduğu kimi Çingiz xanın tərcümeyi-halının uyğunlaşdırılmasıdır. Filmin ssenari müəllifləri Yu Zhixian və Zhu Yaoting idi. Ssenaristlər Çin, Monqolustan, Avropa və digər ölkələrdə olan minlərlə arxiv sənədini, əlyazma və yazışmaları incələyib böyük Çingiz xanın həyatını yaza bilirlər. Bu ssenaridə onun anadan olmasından vəfatına qədər olan böyük bir dövrü əhatə etməklə, onun döyüşləri, qərarları, görüşləri ilə yanaşı həyatının hər anı dəqiqliklə qeyd edilib.

Serialda maraqlı bir səhnə var. Çingiz xan uyğur taciri Cen Xayı qəbul edir və onu öz ətrafına təqdim edir. Bu təqdim etmə zamanı tacirin Rusiya, Xorəzm ilə yanaşı Azərbaycan barədə məlumat verir.

Qısa tarixi arayış verim ki, XIII əsr-cü əsr tarixçisi İbn əl-Əsir “Əl-kamil fi t-tarix” əsərində yazır, “Çingiz xanın moğolları bir növ türklərin böyük əhalisidir”, Xarəzmşah isə oğlu Cəlaləddinə deyirdi ki, “ türk bölgəsi üzərimizə gəlir”, Səmərqənd əhalisi Çingiz xanın yürüşü zamanı deyirdilər “Biz eyni soydanıq, bizi öldürməzlər”.

“Moğol milləti tarixən mövcud olmayıb, bu siyasi addır” – deyə Çingiz xan tarixini araşdıran akademik Anatoli Olovintsov iddia edir. O belə düşünür ki, XIII yüzillikdə Avrasiya məkanı Çingiz xan da daxil olmaqla türklərdən ibarət idi və bu türklər müxtəlif tayfalara bölünürdü. Daha sonra bütün tayfaları bir araya gətirərək onu “Moğolustan”, yəni “Əbədi ordu” adlandırdı.

Bir faktı da nəzərinizə çatdırım ki, Çingiz xanının özünün ulu babalarının Bayandurlu elinin qaratatarlar boyundan olması barədə Çində arxivlərdə qeydlər var. Bu sənədlər gəlib, tərcüməsini bitirib geniş yazı yazacam.

Dünyanın ən böyük arxivlərində nadir sənədlər əsasında çəkilən məşhur serialda Azərbaycan adının çəkilməsi bir daha sübut edir ki, bu coğrafiya barədə orjinal sənədlər həqiqəti yazır və Azərbaycan adının lap qədimdən mövcud olmasını təsdiq edir.

Zaur Əliyev dosent

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90