image-rt-reklam
image-4backend

“I Türkoloji Qurultayın 100 illik yubileyi”nə həsr olunmuş beynəlxalq elmi konfrans keçirilib -FOTOLAR

image-728x90

Azərbaycan Memarlıq və İnşaat Universiteti nəzdində İnşaat Kollecinin təşkilatçılığı ilə türkologiya sahəsində mühüm hadisələrdən biri olan “I Türkoloji Qurultayın 100 illik yubileyi” münasibətilə “Türkologiyanın dünəni, bu günü və gələcəyi: elmi ənənələr və müasir çağırışlar” adlı beynəlxalq elmi konfrans keçirilib.

Konfransı giriş sözü ilə açan İnşaat Kollecinin direktor müavini Şamama Əmirova qonaqları salamlayaraq qeyd edib ki, konfransın əsas məqsədi türkologiya elminin inkişaf mərhələlərinin araşdırılması, müasir yanaşmaların və texnologiyaların tətbiqi, dil və ədəbiyyat, tarix və mədəniyyət, təhsil və metodika, eləcə də iqtisadi inteqrasiya istiqamətində aparılan elmi tədqiqatların müzakirəsi, beynəlxalq elmi əməkdaşlığın genişləndirilməsi və yeni inkişaf istiqamətlərinin müəyyən olunmasıdır.

Daha sonra Selçuk Universiteti Güzel Sanatlar Fakültəsinin dekanı, professor Dr. İlham Enveroğlu,Ankara Universiteti Ziraat Fakültəsi, Peyzaj Memarlığı Bölümünün akademiki Dr. Nejla Kılınc,Aachen Bələdiyyəsi Şəhər Gelişimi Dairəsinin rəhbəri, RWTH Aachen Universiteti və FH Aachen təmsilçisi Dr. Mehmet Çelik, Azərbaycanın tarixçi alimi,tarix elmləri doktoru, professor,Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmi Akademiyasının akademiki Şikar Qasımov, Ankara Musiqi və Güzel Sanatlar Universitetinin professoru Dr. Güzin Ayrancıoğlu, Azərbaycan Milli Elmlər Akademiyası Folklor İnstitutunun elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Aytac Abbasovaya, Nəsimi adına Dilçilik İnstitutunun Monitorinq və Linqvistik Təhlil şöbəsinin müdiri, professor Sevinc Əliyevaya və başqaları çıxış ediblər .

Qeyd edık ki,konfrans çərçivəsində aşağıdakı əsas istiqamətlər üzrə müzakirələr aparılib:
Tarix və mədəniyyət
Müasir yanaşmalar və texnologiya
Təhsil və metodika
Dil və ədəbiyyat
Siyasi və humanitar sahələr

Tədbirdə həmçinin türk xalqlarının ortaq mədəni dəyərləri, Novruz ənənələri, qədim türk mifologiyası, rəqəmsal dövrdə dillərin qorunması, süni intellektin dilə təsiri, müasir tədris metodları, ədəbiyyatda milli kimlik məsələləri və türk dünyasında iqtisadi inteqrasiya kimi aktual mövzular ətrafında elmi müzakirələr aparılıb.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90