image-rt-reklam
image-fb_img_1670787320747backend

Bütün Türkiyəni güldürən, amma özü kədərli həyat yaşayan məşhur qadın

image-728x90

Bugün Türkiyə teatrının və kinosunun önəmli firqurlarından Adile Naşitin anım günüdür.

O, 1930-cu ildə İstanbulda doğuldu. Atası məşhur komediya ustası, “sultan Hamidi belə güldüren adam” kimi tanınan Naşit Özcandır. Anası isə isə yunan-erməni kökənli teatr aktyoru Amelyadır.

Əsl adı Adela Özcan olan, amma Adile Naşit kimi tanınan aktrisanın şəxsi həyatı kədərli idi. Yeganə övladı Əhmədin ürəyində qüsur vardı. 16 yaşı olanda əməliyyat aparıldı, uğurlu olsa da, sonradan halı pisləşdi. 1966-cı il iyunun 16-da vəfat etdi. Ertəsi gün isə anasının doğum günü idi. Adile Naşit daha heç zaman doğum gününü qeyd etmədi.

Şəxsi faciəsinə baxmayaraq, aktrisa bir çox filmlərdə bütün Türkiyəni güldürən xarakterlər yaradır. Hababam sinfi haqqında 6 filmdə, “Tosun paşa”, “Mavi boncuk”, “Şaban oğlu Şaban”, “Hanzo”, “Sakar Şakir”, “Adile Teyze” və digər çoxlu filmlərdə rol alıb.

Bağırsaq xərçəngindən əziyyət çəkən Adile Naşit əməliyyatdan sonra 1987-ci il dekabrın 11-də vəfat etdi. Karacaahmet mezarlığında ərinin və oğlunun yanında dəfn olundu.

Yadigar Sadıqlı

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90