image-rt-reklam
image-1backend

Bu tələbləri ödəməyən ruslar deportasiya ediləcək

image-728x90

Ölkədə qalmaq hüququ olmayan 800-ə yaxın rusiyalı Latviyadan deportasiya oluna bilər.

Ulusal.az xəbər verir ki, bu barədə Latviyanın Miqrasiya Departamentinin nümayəndəsi Madara Puke “TV3” telekanalında bildirib.

“Latviyanın Miqrasiya Departamenti Latviyada qalmaq hüququ olmayan rusların məlumatlarını sərhəd xidmətinə təhvil verib. Əgər onlar hələ də ölkədədirlərsə, deportasiya olunacaqlar”, – deyən departament sözçüsü 30 gün müddətində çıxış əmrinin veriləcəyini bildirib.

Pukenin sözlərinə görə, söhbət Latviya dili imtahanından keçməyən və iki il ərzində müvəqqəti yaşama icazəsi üçün müraciət etməyən Rusiya vətəndaşlarından gedir.

Qeyd edək ki, bir qədər əvvəl Rusiyanın Riqadakı səfirliyi Latviyanın rusların qanuni deportasiyasını tanımasına cavab verib. Səfirlik bəyan edib ki, Latviyanın miqrasiya qanunvericiliyinə düzəlişlər minlərlə Rusiya vətəndaşının həyatını məhv edə bilər.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90