“Dünən baş verənlər bir daha sübut etdi ki, bu torpaqların həqiqi sahibi kimdir. Biz istənilən an Xocalıya da, Xankəndinə də gedə bilərik”- Ulusal.az xəbər verir ki, bunu hərbi ekspert Ədalət Verdiyev deyib.
Hərbi ekspert bildirib ki, dünən baş verənlər həm də Rusiya sülhməramlılara bir xəbərdarlıq idi.
“Rusiya sülhməramlıları öz missiyalarını həyata keçirə bilmirlər. Təkcə iranlı terroçuların Qarabağa gəlməsi sülhməramlı missiyanın hansı işlə məşğul olduğunu ortaya qoyur. Biz istənilən an Laçın dəhlizini nəzarətə götürə bilərik. Amma bu dəhlizi bağlamaq bizə sərf etmir. Çünki özümüz də bu dəhlizdən istifadə edirik” -deyə Ədalət Verdiyev bildirib.






















