ABŞ Prezidenti Co Bayden İraqın qərbində Vaşinqtonun rəhbərlik etdiyi beynəlxalq koalisiya qüvvələrinin istifadəsində olan “Eyn əl-Əsəd” aviabazasına hücumdan sonra brifinq keçirib.
Ulusal.az xarici KİV-ə istinadən xəbər verir ki, görüşdə ABŞ qüvvələrinin müdafiəsi və hücumlara qarşı cavab tədbirləri, həmçinin İsrailə yeni hücum olacağı təqdirdə onu dəstəkləmək üçün mümkün addımlar müzakirə edilib.
Qeyd edək ki, raket hücumu bu gecə baş verib. Hücum nəticəsində ən azı beş amerikalı əsgərin yaralandığı bildirilir.
“Reuters”in məlumatına görə, sözügedən hücum reaktiv yaylım atəş sistemlərindən həyata keçirilib.
İran tərəfi hücumda iştirakını nə təsdiq, nə də təkzib edib.