image-rt-reklam
image-1backend

AŞPA-dakı bu dəyişiklik Azərbaycanın əleyhinə işləyə bilər – DETALLAR

image-728x90

“Nə qədər ki, Azərbaycan torpaqları işğal altında idi, Avropa qurumları bu mövzuya ciddi diqqət yetirmirdilər, elə ki, ordumuz ərazi bütövlüyümüzü və Qarabağ üzərində suverenliyimizi bərpa etdi, düşdülər üstümüzə. Fransa parlamentinin və Avropa Parlamentinin Azərbaycan əleyhinə qəbul etdiyi sənədlərə Avropa Şurası Parlament Assambleyası da “qoşulmaq” istəyir”.

Bu fikirləri “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu AŞPA-da Azərbaycan nümayəndə heyətinin etimadnaməsinin təsdiqlənməməsini şərh edərkən bildirib:

“AŞPA Azərbaycan ordusunun 19 sentyabrda Qarabağda antiterror tədbirlərindən təxminən 20 gün sonra hərəkətə keçmişdi. AŞPA “Dağlıq Qarabağla” bağlı qəbul etdiyi qətnamədə Azərbaycan hakimiyyətini Qarabağdan olan ermənilərin bölgəyə qayıda bilməsi üçün “etimad mühiti və maddi şərait yaratmağa” çağırırdı. Qətnamədə deyilirdi ki, Azərbaycan Qarabağın erməni əhalisinin geri qayıdışını həvəsləndirməlidir. AŞPA bundan başqa “ermənilərin hüquq və azadlıqlarının müdafiəsi və gücləndirilməsi üçün artıq görülmüş və nəzərdə tutulan tədbirlər haqqında tam və ətraflı məlumat verməyi” Azərbaycandan xahiş edirdi. Azərbaycan Xarici İşlər Nazirliyi Avropa Şurası Parlament Assambleyasının Qarabağla bağlı qətnaməsini və tövsiyəsini rədd etdiyini və şiddətlə qınadığını bildirən bəyanat yaydı. Bəyanatda AŞPA-nın Azərbaycana münasibətdə növbəti dəfə qərəzsiz yanaşma nümayiş etdirmək imkanına malik olmadığı göstərildi. Ermənilər öz istəkləri ilə Qarabağdan çıxıblarsa və geri qayıdıb Azərbaycan vətəndaşı olmaq istəmirlərsə, onları AŞPA-nın “məntiqi” ilə desək, daha necə “həvəsləndirmək” olar?

Azərbaycan Qarabağ ermənilərinə Azərbaycan qanunvericiliyi və hakimiyyəti çərçivəsində hüquqlar və təhlükəsizlik vədi verib. Yenə qayıtmaq istəmirlər. Buna baxmayaraq, Azərbaycanın atdığı bu addımların heç biri AŞPA-nın sənədlərində qeyd edilməyib. Avropa Şurası Parlament Assambleyasının qış sessiyasında yenidən Azərbaycan mövsuzuna “qayıdıblar”. Sessiyanın ilk günündə Azərbaycanın bu qurumdakı nümayəndə heyətinin səlahiyyətlərinin məhdudlaşdırılması ilə bağlı təşəbbüs irəli sürülüb. Azərbaycanın nümayəndə heyətinin öhdəliklərini yerinə yetirməməsi və əməkdaşlıq etməməsi təşəbbüsü irəli sürülüb. AŞPA Azərbaycanın nümayəndə heyətinin səlahiyyətlərini təsdiqləyə bilər, müəyyən səlahiyyətlərin məhdudlaşdırılması şərti ilə təsdiqləyə və ya təsdiqləməyə bilər. Bu vəziyyətdə Azərbaycanın əleyhinə işləyən daha bir amil yunanıstanlı deputat Teodoros Rosopulosun Avropa Şurası Parlament Assambleyasının prezidenti seçilməsidir. Maraqlıdır ki, təşkilatda Azərbaycan əleyhinə həmlə hazırlanarkən Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov yenidən AŞPA-nın vitse-prezidenti vəzifəsinə seçilib. AŞPA-da Azərbaycan əleyhinə qətnamə qəbul edilərsə, Səməd Seyidovun qurumda sədr müavini kimi fəaliyyətinə ehtiyac qalmayacaq”.Musavat.com

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90