Beton qatının ölçüləri normadan azdır…
Sosial şəbəkədə yayılmış kadrlarda iddia olunur ki, binanın mərtəbələri arasında olan beton arakəsmələrin və armaturların ölçüləri normadan aşağıdır.
Bəs binaların betonlarının ölçüsü nə qədər olmalıdır?
Tikinti üzrə ekspert Şirin Şərifov bildirdi ki, bu ölçülər binanın konstruksiyasına görə müxtəlif olur. Binanın aşağı mərtəbələri daha qalın arakəsmələrlə, yuxarı mərtəbələr isə nisbətən nazik formada təmin olunur. Bu da daşıdığı yükün azalmasından irəli gəlir.
Ekspertin sözlərinə görə, bəzi binaların istismara verilməməsinin əsas səbəblərindən biri də, məhz bu qaydalardan kənara çıxılmasıdır.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.