Məşhur amerikalı qrossmeyster Daniel Naroditski dünyasını dəyişib. Ulusal.az xəbər verir ki, bu barədə Beynəlxalq Şahmat Federasiyası (FIDE) məlumat yayıb. Bildirilir ki, Naroditski 29 yaşında vəfat edib, lakin ölümün rəsmi səbəbi açıqlanmayıb.
Daniel Naroditski istedadlı şahmatçı və tanınmış pedaqoq kimi böyük nüfuz qazanmışdı. O, uzun illər ərzində ABŞ şahmatının aparıcı simalarından biri olub və dünyanın ən yaxşı 200 şahmatçısı arasında yer alıb.
Naroditski 2015-ci ildə ABŞ komandasının heyətində komandalararası dünya çempionatında iştirak edib. 2019-cu ildə ABŞ şahmat çempionu titulunu qazanıb, cari ilin avqust ayında isə növbəti dəfə ölkə çempionatının qalibi olub.
FIDE və şahmat ictimaiyyəti gənc qrossmeysterin itkisini böyük kədər hissi ilə qarşılayıb.