image-rt-reklam
image-image_750x_68f8c25ccdb9dbackend

Putin Ukraynada müharibəni dayandırmaq niyyətində deyil

image-728x90

Rusiya prezidenti Vladimir Putin Ukraynada müharibəni hazırkı sərhədlər çərçivəsində dayandırmaq fikrində deyil. Məlumata görə, Kreml ordunun mövqelərini gücləndirmək məqsədilə danışıqları uzatmağı planlaşdırır. Ulusal.az xəbər verir ki, bu barədə mənbələr “Vorstka” nəşrinə bildiriblər.

Mənbələrin sözlərinə görə, Moskva ABŞ prezidenti Donald Trampın təmas xəttində hərbi əməliyyatların dayandırılması təklifinə razılıq verməyib. Putin, həmçinin, Ukrayna prezidenti Vladimir Zelenski ilə razılaşma imzalamaq üçün görüşə hazır deyil və “Qərbi tükəndirməyə” ümid edir.

Hazırda şiddətli döyüşlərin getdiyi Pokrovsk və Kupyansk istiqamətləri Kreml üçün strateji əhəmiyyət daşıyır. Mənbə bildirir ki, “Baş Qərargah və hərbi komandirlər artıq Putinə bu ərazilərin ələ keçiriləcəyinə söz veriblər. Biz bu mövqeləri birləşdirməyənədək cəbhə xəttinin müzakirəsi gündəmdə olmayacaq”.

Məlumata əsasən, Putin və Trampın Alyaskadakı görüşündən sonra tərəflərin mövqelərində ciddi dəyişiklik müşahidə olunmayıb.

Eyni zamanda, Macarıstanda yeni sammitin keçirilib-keçirilməyəcəyi hələlik bəlli deyil. Tramp hərbi əməliyyatların dondurulması təşəbbüsünü xatırladaraq, görüşün baş tutmasının mümkün olduğunu, lakin bununla bağlı qərarın yaxın günlərdə veriləcəyini bildirib.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90