Zərdabda özünü tiktoker kimi tanıdan şəxs polisə maneə törətdiyinə görə həbs edilib.
Oktyabrın 21-də Zərdab rayonunun Əlicanlı kəndindən daxil olmuş vətəndaş müraciəti əsasında əraziyə gələn polis əməkdaşları qanunvericiliyə uyğun tədbirlər həyata keçiriblər.
Ulusal.az lent.az-a istinadən xəbər verir ki, məsələ ilə bağlı aparılan araşdırmalar zamanı kənd sakini, özünü fəal TikTok istifadəçisi kimi təqdim edən Laçın Əsədov əsassız iddialar və tələblərlə çıxış edərək, hüquq-mühafizə orqanlarının xidmətinə bilərəkdən maneə yaradıb.
Polis əməkdaşlarının intizamlı davranışa dəvətinə baxmayaraq, o, qanunazidd hərəkətlərini davam etdirib. Nəticədə onun barəsində inzibati protokol tərtib olunub və məhkəmənin qərarı ilə inzibati qaydada həbs edilib.