“Cəbhədən Fotolarda Çanaqqala döyüşləri” sərgisinin və Çanaqqala Döyüşləri Səyyar Muzeyinin Azərbaycanda açılması iki ölkə arasındakı dostluq və qardaşlığın güclü göstəricisidir.
Oxu.Az -ın məlumatına görə , bunu Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Birol Akgün Gelibolu hərəkatının 110-cu ildönümü münasibətilə Bakıda keçirilən “Cəbhədən Fotolarla Çanaqqala döyüşləri” adlı tədbirdə deyib.
Akgün səyyar muzey və sərginin tarixin mühüm bir dönəminə işıq salmaqla yanaşı, Türkiyə ilə Azərbaycan arasında mədəni əlaqələri və həmrəyliyi gücləndirdiyini bildirib:
Gelibolu Kampaniyası Səyyar Muzey Layihəsi millətimizin yaddaşında dərin iz qoymuş bu tarixi dövrü qiymətli əsərlər və sənədlər vasitəsilə yeni nəsillərə çatdırmaq məqsədi daşıyır. 2020-ci ildən etibarən Türkiyə və Balkan ölkələrinin bir çox vilayətində böyük marağa səbəb olan layihə, mənalı səyahətini qardaş ölkəmiz Azərbaycanda davam etdirir.
Akgün sərginin iki ölkənin ortaq tarixini və köklü qardaşlığını daha yaxşı anlamaq imkanı verdiyini ifadə edərək, layihəyə dəstək verən bütün qurum və təşkilatlara təşəkkür edib.
Səfir çıxışını “Dəyərli şəhidlərimizi rəhmət və rəhmətlə yad edir, xatirəsi önündə ehtiramla baş əyirəm. Ruhları şad, məkanları cənnət olsun” sözləri ilə yekunlaşdırıb.