image-rt-reklam
image-1backend

Ramiz Mehdiyevin çətiri altında olan iş adamları… – Və ya Əziz Quliyev kimdir?

image-728x90
PA-nin sabiq rəhbəri Ramiz Mehdiyevin “hakimiyyəti zorla ələ keçirmək” və “dövlətə xəyanət” maddələri lə ittiham olunmasından sonra bütün diqqətlər onun “şəbəkəsi”nə yönəlib.
Mia.az-a verilən məlumata görə, vaxtı ilə Ramiz Mehdiyevə arxalanaraq qanunsuzuqlar edən, başqalarına zülm verən məmurlar kimi, iş adamı adı altında fəaliyyət göstərənlər də az olmayıb. Və bunlar məhz Ramz Mehdiyevə arxalanmaqla böyük sərvətə sahibləniblər.
Belələrindən birinin də vaxtı ilə “Reytinq” və digər media orqanlarında haqqında onlarla tənqidi yazılar yazılmış İmişli Mərkəzi bazarının, eyni zamanda “Mal bazarı”nın, o cümlədən onlarla obyektin sahibi Əziz Quliyevin olduğu haqda iddialar var.
Məlumata görə, o, nəinki rayonda, ümumiyyətlə, “biznes dairələri”ndə “Ramiz Mehdiyevin adamı” kimi tanınır.
Vaxtilə yayılan məlumatlarda deyilirdi ki, Ə.Quliyev İmişlidə olan xeyli dövlət əmlakını Ramiz Mehdiyevin PA rəhbəri olduğu dönəmdə “su qiyməti”nə özəlləşdirib: “İddialar var ki, Ramiz Mehdiyev faktoruna görə o zamankı komitə sədri Kərəm Həsənovun göstərişləri ilə formal auksionlar təşkil edilib və İmişli Kolxoz bazarı da daxil olmaqla, xeyli dövlət obyekti dəyərindğn ucuz qiymətə Əziz Quliyev tərəfindən özünküləşdirilib. Əlbəttə, bunu o dövrün sənədlərini qaldırmaqla üzə çıxarmaq çox sadədir”.
Məlumatda o da deyilir ki, paytaxtdakı “İstanbul” klinikası da Ə. Quliyevə məxsusdur: “Hətta keçmiş millət vəkili Əsabil Qasımovun da Ramiz Mehdiyevə Əzizin vasitəsilə çıxdığı barədə iddalar irəli sürənlər də var.
“Un kralı”, tikinti maqnatı, Rusiyadakı sanatoriyaların sahibi olan Ə.Qasımovin Ramiz Mehdiyevlə əlaqələri barədə araşdırmalarımız başa çatdıqdan sonra oxuculara təqdim olunacaq.
image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90