image-rt-reklam
image-1backend

“Bu  Paşinyanın daxili mövqelərini gücləndirə bilər” – Politoloq

image-728x90

“Azərbaycan prezidentinin Qazaxıstanda etdiyi son açıqlama ilə Ermənistana olan tranzit məhdudiyyətlərinin aradan qaldırılması və ilk dəfə olaraq Qazaxıstan taxılının Ermənistana daşınmasının Ermənistanın siyasi müstəvisində ciddi reaksiyalar doğurub.” – bu fikirləri politoloq Arzuman Muradlı açıqlamsında bildirib.

image-media-1677060887_arzuman-teze-1-2-z4v90wibp7m5ftq2luoa

Arzuman Muradlı bildirib ki, Azərbaycan prezidentinin bu qərarı, Ermənistanda yeni siyasi dinamikanın yaranmasına səbəb olub və bu proses, xüsusilə baş nazir Nikol Paşinyanın siyasətinə təsir göstərə bilər.

Politoloq, Paşinyanın 2026-cı ildə keçiriləcək parlament seçkilərinə hazırlaşdığını qeyd edərək, Azərbaycanın bu addımının Paşinyanın mövqeyini gücləndirməyə imkan verdiyini bildirib.

Arzuman Muradlı, Paşinyanın Azərbaycana qarşı sülh yönlü siyasət yürütməsinin erməni xalqı üçün vacib olduğuna inandığını, ancaq buna qarşı radikal qüvvələrin, o cümlədən ölkədəki kilsə mühiti tərəfindən açıq müqavimət göstərildiyini də vurğulayıb. Bu vəziyyət, Paşinyanın daxili siyasi mübarizəsində yeni bir mərhələnin başlanğıcı ola bilər.

“Ermənistanın siyasi müstəvisində sülh tərəfdarları ilə radikallar arasında gərginlik davam edir. Paşinyan, Azərbaycanla sülhün vacibliyini erməni cəmiyyətinə təlqin etməyə çalışarkən, radikal mövqedə olan qüvvələr, xüsusən də kilsə, bu siyasətə qarşı çıxırlar. Lakin Azərbaycan üzərindən yük daşınmasına başlanılması, Paşinyanın sülh yönlü siyasətinin legitimliyini gücləndirə bilər. Paşinyan, bu qərarı erməni xalqına təqdim edərkən, ölkə daxilindəki sülh tərəfdarlarının sayının artmasını gözləyə bilər.” – deyə Arzuman Muradlı əlavə edib.

Politoloq, Azərbaycanın bu qərarının yalnız iqtisadi maraqlar baxımından deyil, həm də regionda Azərbaycanın artan nüfuzunun əyani bir göstəricisi olduğunu bildirib. Arzuman Muradlı, xüsusilə Ermənistanın yüksək vəzifəli rəsmilərinin, Azərbaycan prezidentinin qərarını alqışladığını qeyd edib. Bu vəziyyət, Paşinyanın mövqeyini dəstəkləyən siyasi qüvvələrin artmasına səbəb ola bilər.

“Ermənistanın rəsmi dairələri, Azərbaycandan yük tranzitinə başlanılmasını müsbət qiymətləndiriblər. Bu da Paşinyanın tərəfdarlarının sayını artıracaq və onun sülh yönlü siyasətinə qarşı çıxan radikal qüvvələrin arqumentlərini zəiflədəcəkdir. Bu qərar, həm də göstərir ki, Azərbaycanın bölgədəki siyasi iradəsi və nüfuzu güclənir. Artıq radikallar heç bir möhkəm əsasla bu qərarı rədd edə bilməyəcəklər, çünki bu, Ermənistanın iqtisadi maraqları ilə də uyğundur.” – deyə politoloq bildirib.

Arzuman Muradlı qeyd edib ki, bu addım yalnız Ermənistanın daxili siyasətinə deyil, həm də regional balanslara böyük təsir göstərə bilər. O, Azərbaycanın artan nüfuzunun və siyasi iradəsinin, gələcəkdə Ermənistanın və Azərbaycanın münasibətlərində yeni bir mərhələnin başlanğıcını işarə edə biləcəyini vurğulayıb.

“Bu addım, Paşinyan və radikal mövqedə olan qüvvələr arasında gedən mübarizənin təkcə Ermənistan daxilindəki gərginliyi deyil, eyni zamanda regiondakı geosiyasi vəziyyəti də dəyişə bilər. Paşinyanın qərarı, onun daxili mövqelərini gücləndirə bilər, eyni zamanda Azərbaycan və Ermənistan arasında qarşılıqlı münasibətlərdə yeni bir mərhələnin başlanğıcı ola bilər.” – deyə Arzuman Muradlı yekunlaşdırıb.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90