Çanaqqala türk millətinin istiqlal inancının, şücaətinin, fədakarlığının dastanıdır”.
Oxu.Az -ın məlumatına görə , bunu Gelibolu döyüşlərinin 110-cu ildönümü münasibətilə Bakıda keçirilən “Cəbhədən Fotolarla Çanaqqala döyüşləri” adlı tədbirdə Bakı Yunus Əmrə İnstitutunun direktoru Gökhan Seyhan deyib.
Seyhan Çanaqqala zəfərinin təkcə Türkiyənin deyil, bütün türk dünyasının ortaq qüruru olduğunu vurğulayıb.
“Bu tarixi mübarizədə türk dünyasının hər yerindən qəhrəmanlar çiyin-çiyinə vuruşdular. Onlar eyni inanc uğrunda canlarını fəda etdilər. Sərginiz təkcə tarixi hekayə deyil, həm də Türkiyə ilə Azərbaycan arasında sarsılmaz qardaşlığın güclü əksidir”.