image-rt-reklam
image-1backend

Suriyada Əsəd dövrünə aid gizli həbsxana aşkarlandı – İçəridə  İran təbliğatı izləri

image-728x90

SANA-nın məlumatına görə, Suriyanın Homs əyalətinin şərqində yerləşən Əl-Məxrəm bölgəsində Bəşar Əsəd rejimi dövrünə aid gizli yeraltı zindan aşkarlanıb.

Ulusal.az xəbər verir ki,  həbsxana polis patrulu zamanı təxminən on gün əvvəl tapılıb. Qapalı dəmir qapılarla qorunan sığınacaqda süngər döşəklər, yun yorğanlar, işgəncə alətləri – o cümlədən dəyənəklər və kəndirlər tapılıb.

Ərazidə Əsəd rejimini dəstəkləyən yaraqlılara aid kitab və broşürlər, eləcə də İranın ali rəhbəri Əli Xameneyinin şəkli olan nəşrlər də tapılıb. Yeraltı zindanın beş metr dərinlikdə yerləşdiyi və 40 metr uzunluğundakı tunellə bağlı olduğu bildirilib.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90