image-rt-reklam
image-download-1backend

Arman Melikyan: “Tezliklə Xocalıda, Xankəndində, Ağdərədə Azərbaycan bayrağı dalğalanacaq”

image-728x90

“Azərbaycan addım-addım öz istəklərinə yaxınlaşır. Lavrovun məlum çıxışı, Laçın dəhlizinin bağlanması bunu bir daha sübut edir”- Ulusal.az xəbər verir ki, bunu erməni politoloq Arman Melikyan müsahibəsində bildirib.

Politoloq bildirib ki, Fransa Senatının bəyanatı ümümən Qarabağ ermənilərinin ziyanınadır.

“Fransa 44 günlük müharibədə bizə öz dəstəyini nümayiş etdirə bilmədi. Senatın qəbul etdiyi bu bəyanat bizim üçün deyil, özlərinin maraqlarına xidmət edir. Bundan başqa  Lavrovun dediklərindən də aydın oldu ki, rəsmi İrəvan Azərbaycanın ərazi bütövlüyünü tanıyır. İndi reallıq budur bizim normal mütəffiqimiz yoxdur. Bu isə onu deməyə əsas verir  ki,  artıq Qarabağ tam olaraq Azərbaycanındır. Dünənki hadisələr bir daha göstərdi ki, Azərbaycan tezliklə istəklərinə nail olacaq və  Xocalıda, Xankəndində, Ağdərədə Azərbaycan bayrağı dalğalanacaq”- deyə Arman Melikyan bildirib.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90