image-2000x150
image-media-araik-9laxof2sm340zpjgvbnh-620x460backend

Araik Aruthunyandan SENSASİON ETİRAF:”Ümid yerimiz Azərbaycandır”

image-728x90

Qarabağda ermənilər arasında qalmaqal səngimir. Araik Aruthunyanla Ruben Vardanyan arasında çəkişmə davam edir. Erməni nəşri “Hraparak” xəbər verir ki, tərəflər arasında münasibətlər o qədər gərgindir ki, artıq bir birlərinə xəbərdarlıqlar etməkdən də çəkinmirlər.

Erməni nəşri yazır ki,dünən isə Araik Aruthunyan rus sülhməramlılarının müşayəti ilə İrəvana gəlib, orada da Rusiyaya gedib. “Səfərin məqsədi siyasi vəziyyətin həlli yollarını tapmaqdır. Araik təklif edəcək ki, Rusiya və Qarabağda yerləşən sülhməramlılar növbədənkənar seçkilərin keçirilməsinə təminat versinlər və ya onunla Ruben Vardanyan arasında seçim etsinlər. Çünki o, əmindir ki, Vardanyan dövlət naziri vəzifəsində olduğu müddətdə azərbaycanlılar yolu açmayacaqlar”.

Erməni mediası bildirir ki, Araik Aruthunyan artıq Azərbaycanla danışıqlara getməyə razıdır. “Araik Aruthunyan yaxın çevrəsinə bildirib ki, xilas yolu yalnız Azərbaycanla danışıqlardan gedir. Araik bildirib ki, ümid yerləri yalnız Azərbaycandır” – nəşr yazıb.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90