Qərb ölkələrinin hərbi dəstəyi Ukraynanı münaqişədə məğlubiyyətdən xilas etməyəcək.
Ulusal.az xəbər verir ki, bu barədə amerikalı milyarder Devid Saks “X” sosial şəbəkəsində bildirib.
“Ukrayna məhv olmaq üzrədir, Qərbin köməyi onu münaqişədə məğlubiyyətdən xilas etməyəcək”, – deyə milyarder qeyd edib.
Onun sözlərinə görə, Kiyev hərbi səylərini dəstəkləməkdə davam edə bilməz və bu, Ukrayna Silahlı Qüvvələrinin məğlubiyyətinə səbəb olacaq.