image-rt-reklam
image-1backend

Alimlər təsdiqlədi: Kasıblar varlılardan daha xoşbəxtdir

image-728x90

İnkişaf etməkdə olan və inkişaf etməmiş ölkələrdə yaşayan aşağı gəlirli insanlar iqtisadi cəhətdən çiçəklənən ölkələrdə yaşayanlardan daha xoşbəxtdirlər.

Ulusal.az xəbər verir ki, bunu İspaniya və Kanada alimləri aşkar ediblər.

Kanada və Barselona universitetlərinin tədqiqatçıları dünyanın 19 yerində yerli icmalardan olan 2966 insan arasında sorğu keçiriblər. Sorğuda iştirak edən ev təsərrüfatlarının yalnız 64%-nin pul gəliri olub. Araşdırmalar göstərib ki, sərvət səviyyəsi çox aşağı olan qruplarda insanlar daha yüksək orta həyat məmnuniyyətini qeyd ediblər.

Tədqiqat iştirakçıları özlərinin subyektiv xoşbəxtlik hisslərini birdən 10 bala qədər miqyasda qiymətləndiriblər. Ev təsərrüfatının demoqrafik və iqtisadi vəziyyəti, yerli mühit, təbii ehtiyatlardan asılılıq və iqlim dəyişikliyi ilə bağlı məsələlər barədə danışdıqdan sonra onlara həyatdan məmnunluq barədə suallar verilib.

Müsahibələr şəxsən yerli dildə aparılıb və 90 dəqiqə davam edib. Nəticəyə əsasən kiçik icmalarda orta həyat məmnunluğu balı 6,8 olub. Tədqiq edilən cəmiyyətlərin bir çoxu öz subyektiv səviyyələrini 5,1 olaraq qiymətləndirib, lakin dörd yerdə orta göstərici səkkizdən yuxarı olub. Həyatdan məmnunluğun bu səviyyəsi, əvvəlki məlumatlara görə, varlı Skandinaviya ölkələri üçün xarakterikdir. Məsələn, Danimarkada bu göstərici 7,8 bal, Finlandiyada isə 8,1 baldır.

Alimlər ən yoxsul icmaların nümayəndələrini nəyin xoşbəxt etdiyini daha ətraflı öyrənməyi planlaşdırırlar. Onların fikrincə, bu məlumat davamlı inkişaf böhranına baxmayaraq, hər bir belə qrupun kifayət qədər həyat məmnuniyyətinə malik olmasını təmin etməyə kömək edəcək.Publika.az

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90