image-rt-reklam
image-1backend

AKP İran xalqına başsağlığı verdi

image-728x90

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası (AKP) İran Prezidenti İbrahim Rəisi və onu müşayiət edən nümayəndə heyətinin helikopter qəzasında həlak olmaları ilə bağlı başsağlığı verib.

Ulusal.az xəbər verir ki, bu barədə partiyanın sözçüsü Ömər Çelik məlumat paylaşıb.

“İran Prezidenti İbrahim Rəisinin, xarici işlər naziri Hüseyn Əmir Abdullahian və nümayəndə heyətinin helikopter qəzası nəticəsində həlak olması bizi dərindən kədərləndirdi. İran dövlətinə və qardaş İran xalqına başsağlığı veririk, onların ağrısını bölüşürük”, – partiya rəsmisi vurğulayıb.

Qeyd edək ki, İran Prezidenti İbrahim Rəisi, xarici işlər naziri Hüseyn Əmir Abdullahian, Təbrizin imam cüməsi Ayətullah Əli Al-Haşim, Şərqi Azərbaycan vilayətinin valisi Malik Rəhməti 19 mayda Şərqi Azərbaycan vilayətində baş verən helikopter qəzasında həlak olub.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90