Ukraynanın Odessa vilayətinin Stanislavka rayonunda yük yerində 42 fərarinin olduğu “KamAZ” saxlanılıb.
Ulusal.az xəbər verir ki, bu barədə Ukraynanın “Strana.ua” nəşri məlumat yayıb.
Qeyd olunub ki, həmin şəxslər Dnestryanıya gedirmiş.
Onların hər biri Avropaya getmək üçün 8000 dollara qədər pul ödəyib.
Xatırladaq ki, 2022-ci il fevralın 24-dən Ukrayna ərazisində hərbi vəziyyət rejimi tətbiq edilir. Həmin il fevralın 25-də Ukrayna prezidenti Volodimir Zelenski ümumi səfərbərlik haqqında fərman imzalayıb, buna görə hərbi xidmətə cəlb olunan kişilərin ölkədən çıxışı qadağan edilib.
Mayın 9-da ölkədə səfərbərlik və hərbi vəziyyət növbəti dəfə üç ay – 2024-cü il avqustun 11-dək uzadılıb.
2024-cü il mayın 18-də isə Ukraynada səfərbərliyi sərtləşdirən qanun qüvvəyə minib. Musavat.com