ABŞ-ın məşhur lotereyası Powerball-da cekpot 1,9 milyard dollara çataraq dünya rekordunu qırıb.Ulusal.az xəbər verir ki, “Powerball” lotereyası 39 həftə ərzində dövriyyədə qaldıqdan sonra cekpot 1,9 milyard dollara çataraq dünya rekordunu qırıb. ABŞ-ın 45 ştatında, paytaxt Vaşinqtonda, Puerto Rikoda və Virgin adalarında oynanılan lotereyada oyunçular cekpot üçün 6 rəqəmin hamısını bilməlidirlər. Bütün rəqəmləri bilmək ehtimalı 292,2 milyonda 1-dir. Əvvəlki rekord 1,59 milyard dollarlıq cekpot üç qalib arasında bölünmüşdü. Powerball-da 200 milyon dollarlıq cekpot sonuncu dəfə avqustun 3-də Pensilvaniya ştatında udulub.
Uduşlara federal və yerli vergilərə daxildir, qaliblər mükafatlarını bir dəfəyə və ya 29 il ərzində hissə-hissə ala bilərlər.





















