image-rt-reklam
image-1backend

Zirvə görüşü Prezident İlham Əliyevin uğurlu xarici siyasət kursunun növbəti təntənəsi oldu – Politoloq

image-728x90

“Budapeştdə keçirilən Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşü Azərbaycan diplomatiyasının və Prezident İlham Əliyevin uğurlu xarici siyasət kursunun növbəti təntənəsi oldu. “ – bu fikirləri Ulusal.az-a açıqlamasında politoloq Arzuman Muradlı bildirib.

image-media-1677060887_arzuman-teze-1-2-z4v90wibp7m5ftq2luoa

Politoloq qeyd edib ki, Zirvə görüşündə Prezident İlham Əliyevin çıxışı həm məzmun, həm də strateji baxış baxımından diqqət çəkdi.

“Bu çıxış təkcə Azərbaycanın Türk dünyasındakı rolunu deyil, eyni zamanda bölgədəki lider mövqeyini bir daha nümayiş etdirdi. Budapeştdə keçirilən Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşü Azərbaycan diplomatiyasının ardıcıl və praqmatik xəttinin növbəti qələbəsi idi. Bu mühüm tədbir Prezident İlham Əliyevin rəhbərliyi ilə yürüdülən xarici siyasət kursunun səmərəli nəticələrinin göstəricisidir. Azərbaycan artıq illərdir ki, Türk Dövlətləri Təşkilatı çərçivəsində fəal mövqe tutur, strateji təşəbbüslərlə çıxış edir və üzv ölkələr arasında həmrəyliyin gücləndirilməsi üçün mühüm addımlar atır. Prezident İlham Əliyevin Budapeştdəki çıxışı bir daha sübut etdi ki, o, yalnız Azərbaycanın deyil, bütün Türk dünyasının strateji maraqlarını müdafiə edən, davamlı inteqrasiyaya töhfə verən uzaqgörən liderdir. Onun təşəbbüsləri sayəsində Türk Dövlətləri Təşkilatı daha da güclənir, iqtisadi, siyasi və mədəni sahələrdə əməkdaşlıq keyfiyyətcə yeni mərhələyə qədəm qoyur. Bu, həm ölkəmiz, həm də bütün türk coğrafiyası üçün sabitlik, inkişaf və tərəqqi deməkdir.”- deyə Arzuman Muradlı bildirib.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90