Ceyhun Ələkbərov əslən Xocalı rayonundandır. Bir Xocalı sakinin öz doğulduğu, məcburi köçkün düşdüyü rayonda zavod açması olduqca qürurvericidir. Amma burada bir müəmmalı səbəb var. Heç bir Xocalı sakini dövlətdən subsidiya alıb belə böyük bir zavod aça bilməz və ona süni əngəllər mütləq yaradılar. Amma Ceyhun Ələkbərova buna çox qısa zamanda nail olub və yeznəsi Namiq Hümmətovun xeyir duası ilə bu zavodu açıb. Bir sözlə Xocalı sakini olan Ceyhun Ələkbərova həm də yaşıl işıq yandırılıb və o dövlət dəstəyi açılan zavodun sahibinə çevrilib.Qeyd edək ki, Ceyhun Ələkbərov həm də QHT sektorunda fəaliyyət göstərib və “SOYQIRIM HƏQİQƏTLƏRİNİN TANIDILMASI İCTİMAİ BİRLİYİNİN TƏSİSÇİSİ VƏ SƏDRİ” olub. Ceyhun Ələkbərov həmçinin 2015-ci ildə keçirilən parlament seçkilərində 122 saylı Xankəndi seçki dairəsindən deputatlığa namizəd olub. O zaman deputat seçilə bilməyən Ceyhun Ələkbərov bir neçə ildən sonra istəyini reallaşdırıb və Xocalıda zavod direktoru olmağı bacarıb.
Araşdırmalarımız davam edir.