image-rt-reklam
image-1backend

Xəzər dənizinin səviyyəsi rekord həddə enir

image-728x90

Xəzər dənizinin səviyyəsi bütün müşahidə dövrü ərzində minimumdan aşağı düşərək Baltik hündürlük sisteminə uyğun olaraq 29 metrdən aşağı həddə çatıb. TASS Rusiyanın Balıq Təsərüfatı və Okeanoqrafiya Elmi Tədqiqat İnstitutunun Volqa-Xəzər bölməsinə istinadən xəbər verir ki, dəniz səviyyəsinin aşağı düşməsi Rusiya və Qazaxıstan sahillərini yuyan ən dayaz şimal hissəsində özünü göstərir.

Qeyd olunur ki, Xəzər dənizində suyun səviyyəsinin aşağı düşməsi prosesi Xəzər dənizinə çay axınının 80%-ni və su balansının ümumi daxil olan hissəsinin təxminən 64%-ni təşkil edən çay sularının, ilk növbədə Volqanın axınının azalması, həmçinin atmosferdə və havanın temperaturunda istixana qazlarının artması ilə əlaqədardır.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90