image-rt-reklam
image-1backend

Roma imperatoru Mark Avrelinin heykəli 65 ildən sonra Türkiyədə -FOTO

image-728x90

Roma imperatoru Mark Avrelinin qədim Bubon şəhərindən oğurlanmış bürünc heykəli 65 ildən sonra Türkiyəyə qaytarılıb.

Türkiyə Mədəniyyət və Turizm naziri Mehmet Nuri Ersoy sosial media hesabından verdiyi açıqlamada bu əhəmiyyətli qayıdışı tarixi nailiyyət kimi qiymətləndirib.

Ersoy paylaşımında bu sözləri yazıb:

“Uzun müddətli mübarizə idi. Haqlı, qətiyyətli, səbirli və qalib gəldik… Dırnaqlarımızla cızaraq lazımi dəlilləri topladıq!

Və “Fəlsəfə İmperatoru” Markus Aveliusu vətəninə qaytardıq.

Bubonun qədim şəhərindən oğurlanan Mark Avreliy heykəli  Türkiyəyə qaytarıldı.

Markus Aurelius heykəlinin ölkəmizə daşınmasında göstərdiyi dəyərli dəstəyə görə bayraq daşıyıcımız Türk Hava Yollarına da təşəkkürümü bildirirəm” .

Qeyd edək ki, heykəl 1960-cı illərdə qaçaq yolla ABŞ-a aparılıb.

 

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90