image-rt-reklam
image-1backend

“İlham Əliyev Zəngəzura böyük önəm verir” – Ərdoğan

image-728x90

“Azərbaycan Prezidenti İlham Əliyev Zəngəzura böyük önəm verir. O, bu xətti tez bir zamanda hazırlayıb həm Azərbaycan, həm də bölgə üçün istifadə edib dəyərləndirmək istəyir. İnanıram ki, məsələni birlikdə həll edəcəyik”.

Ulusal.az xəbər verir ki, bunu Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan Şimali Kiprdən qayıdarkən jurnalistlərə açıqlamasında deyib.

Ərdoğan Zəngəzur dəhlizinin əhəmiyyətini vurğulayaraq deyib: “Zəngəzur dəhlizi təkcə Azərbaycan, Ermənistan və Türkiyə deyil, regionun digər ölkələrinə də fayda verəcək. Biz bu xəttin geoiqtisadi ölçüsünə görə də son dərəcə əhəmiyyətli olduğunu görürük.

Həqiqətən, bu xətt regionumuzdan kənarda bölgələri birləşdirəcək və ticarəti canlandıracaq. Əsas gözləntimiz budur ki, bu xətt fikir ayrılığı mənbəyi deyil, konsensus simvoluna çevriləcək. Bu, bölgəni əməkdaşlığın hökm sürdüyü çiçəklənən bir sahəyə çevirəcək. İnanıram ki, region ölkələri olaraq biz bu məsələni konsensus yolu ilə həll edə bilərik”./unikal

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90