Xarici ölkə vətəndaşları üçün işğaldan azad edilmiş ərazilərə səfər imkanları genişləndirildi.
2025-ci il iyulun 23-dən etibarən xarici ölkə vətəndaşları Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə müvafiq icazə almaqla həm fərdi nəqliyyat vasitələri ilə, həm də qrup halında Şuşa, Laçın, Ağdam, Füzuli, Xocalı və Xankəndi şəhərlərinə səfər edə biləcəklər.
Qeyd edilən imkan 90 gün müddətinə qədər Azərbaycana səfər edən, həmçinin ölkəmizdə müvəqqəti və ya daimi yaşamaq üçün icazəsi olan xarici vətəndaşlara şamil olunacaq. Fərdi minik avtomobilləri ilə adıçəkilən ərazilərə səfər etmək istəyən xarici ölkələrin vətəndaşları “Yolumuz Qarabağa” (www.yolumuzqarabaga.az) portalı üzərindən icazə almaqla səfərlərini reallaşdırmaq imkanı əldə edəcəklər.