Artıq iki gündür ki, Xankəndində ermənilərin təxliyəsi ilə bağlı vərəqələr küçələri bəzəyir. Ulusal.az xəbər verir ki, bu “Hraparaq” nəşri məlumat yayıb. Nəşrin iddiasına görə bu vərəqələr məhz Ruben Vardanyanın əlehdarları tərəfindən küçələrə yapışdırılır.
“İndi Xankəndində bütün küçələrdə bu vərəqələrə rast gəlmək olar. Bu vərəqələri kim yapışdırır və yaxud kim yayır? Bu suala heç kim cavab vermək istəmir. İnsanlar qorxu içərisindədir. Hətta bəzi şəhər sakinləri iddia edir ki, bu vərəqələr gecə bu əraziyə gələn azərbaycanlılar tərəfindən yayılır” – nəşr yazıb.
Bundan əlavə nəşr bildirir ki, Facebook səhifələrində Xankəndi sakinlərinin təxliyəsi üçün avtobusların ayrılması barədə məlumatlar yayılıb.
“Sosial şəbəkələrdə yayılan bu informasiya əhalini qorxuya salıb. Onlar indi köç əhval-ruhiyyəsindədir” -nəşr yazıb.