image-rt-reklam
image-1backend

Ukrayna Krımda ciddi əməliyyata hazırlaşır – Detallar açıqlandı

image-728x90

Ukrayna Krımda “ciddi hərbi əməliyyata” hazırlaşır.

Ulusal.az xəbər verir ki, bu barədə respublikanın Baş Kəşfiyyat İdarəsinin (GUR) rəhbəri Kirill Budanov bildirib.

“Qara dənizdəki hərəkətlərimiz Krımda ciddi əməliyyata hazırlıqdır”, – Budanov deyib.

Baş Kəşfiyyat İdarəsi bəyan edib ki, Ukrayna qoşunları 2022-2023-cü illərdə Qara dəniz bölgəsində “bir strateji planla bağlı” əməliyyatlar həyata keçirib. O qeyd edib ki, Xerson vilayətində Dnepr çayının sol sahilinə hücum cəhdləri də eyni məqsədə xidmət edir.

Fevralda Budanov Kiyev üçün Donbası ələ keçirməyin Krımdan daha çətin olacağını bildirmişdi:

“Düşünürəm ki, Donbası geri qaytarmaq daha çətin olacaq. Çünki orada fasiləsiz təchizat xətti var”.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90