image-rt-reklam
image-1667889182_general_kenan_seyidov_081122backend

Şuşaya daxil olmağımıza heç bir qüvvə mane ola bilməzdi – GENERAL

image-728x90

“Vətən müharibəsi zamanı Şuşaya daxil olmağımıza heç bir qüvvə mane ola bilməzdi”.

Ulusal.az Report-a istinadən xəbər verir ki, bunu Vətən Müharibəsi Qəhrəmanı, Ordu birliyinin komandiri general-mayor Kənan Seyidov deyib.

Azərbaycanın mədəniyyət paytaxtı uğrunda gedən döyüşlərin komandanlarından biri olmuş general bildirib ki, hərbi qulluqçular əvvəlcə Şuşa yüksəkliklərinə nəzarəti təmin edib, daha sonra şəhərə girmək üçün fürsət gözləyib:

“1986-cı ildə Şuşada düşərgədə olmuşdum. Həmin hadisənin üzərindən illər keçəndən sonra Şuşanın işğaldan azad olunması əməliyyatında iştirak etdim. Döyüşlər zamanı duman çəkiləndən sonra Şuşanı görəndə çox həyəcan keçirdik. Həmin anları heç vaxt unutmaram. O zaman əmin olduq ki, biz şəhərə girəcəyik”.

Onun sözlərinə görə, həmin vaxt Azərbaycan Ordusu bütün çətinliklərə rəğmən, qarşıya qoyulmuş tapşırıqları yerinə yetirməyə hazır idi:

“Düzdür, Şuşanın relyefi çox çətindir. Bu, bizim işimizi xeyli çətinləşdirirdi. Amma Şuşaya daxil olmağımıza və orada möhkəmlənməyimizə heç nə, heç bir qüvvə mane ola bilməzdi”.

“Şuşaya daxil olarkən çox böyük qürur hissi keçirdik. Həmin hisləri sözlə ifadə etmək mümkün deyil. Şuşa bizim üçün çox əhəmiyyətli idi. Şükür ki, bu müqəddəs tapşırığı layiqincə yerinə yetirdik”, – Vətən Müharibəsi Qəhrəmanı vurğulayıb.

Qeyd edək ki, K.Seyidov İkinci Qarabağ müharibəsi zamanı Müdafiə Nazirliyinin Xüsusi Təyinatlı Qüvvələri komandanının birinci müavini – qərargah rəisi olub. Prezident İlham Əliyevin 2020-ci il noyabrın 20-də imzaladığı sərəncamla Vətən müharibəsinin komandirlərindən biri olmuş K.Seyidova general-mayor ali hərbi rütbəsi verilib.

O, daha sonra Prezidentin müvafiq sərəncamına əsasən, Ordu birliyinin komandiri təyin olunub.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90