image-rt-reklam
image-1backend

“Sumqayıt” – “Fehervar” görüşünü albaniyalı hakim idarə edəcək

image-728x90

UEFA Konfrans Liqasının II təsnifat mərhələsi çərçivəsində baş tutacaq “Sumqayıt” – “Fehervar” (Macarıstan) görüşünü albaniyalı hakimlər briqadası idarə edəcək.

Ulusal.az xəbər verir ki, baş hakim Florian Lataya yan xətt hakimləri Xulio Mani və Reydi Zaimi kömək edəcək.

Kreşnik Çyapi isə dördüncü hakim kimi fəaliyyət göstərəcək.

Qeyd edək ki, Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək “Sumqayıt” – “Fehervar” matçı iyulun 25-i, saat 20:00-da start götürəcək.

Bizim WhatsApp kanalımıza abunə olun

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90