image-rt-reklam
image-1backend

“Sinifdən liderliyə: tədrisdə innovativ yanaşmalar” mövzusunda növbəti təlim

image-728x90

“Sinifdən liderliyə: tədrisdə innovativ yanaşmalar” mövzusunda Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil məktəblərinin müəllimləri üçün keçirilən təlim davam edir.

Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın katibi Günay Əkbərova tərəfindən təşkil olunan təlim paytaxtdakı 84 nömrəli tam orta məktəbdə keçirilib.

Təlim zamanı şagirdlərdə təşəbbüskarlıq və problem həll etmək bacarıqlarını inkişaf etdirməyin, komandada işləmək və qərar qəbul etmək vərdişlərini gücləndirməyin, yaradıcı düşüncə və liderlik mədəniyyətini formalaşdırmağın yolları haqqında geniş məlumat verilib.

Təlimdə müəllimlər innovativ tədris metodları ilə tanış olmaq imkanı qazanıblar.

Sonda müəllimlərlə qarşılıqlı fikir mübadiləsi aparılıb, onları maraqlandıran suallara aydınlıq gətirilib.

Qeyd edək ki, tədris ili ərzində davam etdirilməsi nəzərdə tutulan təlimin əsas məqsədi ümumi təhsil müəssisələrində çalışan müəllimlərin peşəkar inkişafına dəstək vermək, şagirdlərdə liderlik bacarıqlarını inkişaf etdirmək üçün təhsilverənləri müasir metodlarla tanış etməkdən ibarətdir.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90