image-2000x150
image-1backend

“Sanksiya Avropa İttifaqına Rusiya iqtisadiyyatından daha çox zərər vurur”- Blanar

image-728x90

“Slovakiya Rusiyaya sanksiyaların tətbiqinə qarşıdır və Ukraynaya heç bir silah və ya hərbçi göndərməyəcək”. Ulusal.az xəbər verir ki, bu barədə Slovakiyanın xarici işlər naziri Yuray Blanar (Juraj Blanar) Türkiyədə keçirilən Antalya Diplomatiya Forumu çərçivəsində rusiyalı həmkarı Sergey Lavrovla görüşdən sonra jurnalistlərə açıqlamasında bildirərək deyib: “Sanksiya Avropa İttifaqına Rusiya iqtisadiyyatından daha çox zərər vurur. Dövlətimiz Rusiyadan çox Slovakiyaya zərər verəcək başqa heç bir sanksiyanı dəstəkləməyəcəyik. Slovakiyanın yeni hökuməti olaraq biz ölkə anbarlarından Ukraynaya heç bir silah tədarük etməyəcəyik. Hökumət Ukraynaya təxminən 40 milyon avroya başa gələn silah paketinin göndərilməsini dayandırdı. Bizim mövqeyimiz indi əvvəlkindən daha aydındır, çünki sərhəd yerindən tərpənmir və biz bu böhranın yeganə həlli olan atəşkəsə və sülh danışıqları prosesinə çağırırıq”.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90