“Dünən Laçın dəhlzində baş verənlər olduqca qorxunc idi. Bu yenə baş versə Qarabağda dəhşətli mənzərə yaşanar” – Ulusal.az xəbər verir ki, bunu erməni politoloq Mextaxe Akopyan bildirib.
Mextaxe Akopyan hesab edir ki, azərbaycanlıların Xankəndinə, Xocalıya bu səfərləri davamlı olacaq.
“Siz rus generalının necə büzüşdüyünü gördünüzmü? Artıq şəxsən mən rus sülhməramlılarına da ümid etmirəm. Çünki dünən azərbaycanlılar 3 saat yolu bağlamaqla istədiklərini edə biləcəklərini bir daha sübut etdilər. Yəni diktə etdiklərini bir daha göstərdilər. Volkovun danışıq tərzini gördünüz? Bəli Volkov azərbaycanlılardan qorxur.” -deyə Mextaxe Akopyan bildirib.






















