Artıq yeni tədris ilinin başlanmasına sayılın günlər qalıb. 2023-2024-cü tədris ili Azərbaycanda bu günə qədər ən çox abituriyentin ali məktəbə qəbul olduğu il oldu. Belə ki, 55656 nəfər tələbə ölkənin müxtəlif ali təhsil müəssisələrində təhsil almağa başlayacaq. Buraxılış imtahanlarının asan, qəbul imtahanlarının isə çətin keçməsi yüksək bal toplayan abituriyentlərin sayına da müəyyən qədər təsir edib.
Azərbaycanda bu il qəbul imtahanlarında 600 və daha çox bal toplayan abituriyentlərin sayı artıb. Belə ki, ötən il 1494 abituriyent 600-dən yuxarı bal toplayıb, 2024-cü ildə isə bu say 3228 nəfər olub. Yəni 2023-cü ildə 600 və daha çox bal toplayanların sayı 2 dəfədən çox artıb.
Ulusal.az regionlar üzrə 600-dən yüksək bal toplayan abituriyentlərin sayını təqdim edir:
Şəki-Zaqatala Regional Təhsil İdarəsi üzrə üzrə 196 nəfər
Şərqi Zəngəzur Regional Təhsil İdarəsi üzrə 146 nəfər
Ətraflı
Qazax-Tovuz Regional Təhsil İdarəsi üzrə 139 nəfər
Lənkəran-Astara Regional Təhsil İdarəsi üzrə 136 nəfər
Abşeron-Xızı Regional Təhsil İdarəsi üzrə 127 nəfər
Gəncə-Daşkəsən RegionalTəhsil İdarəsi üzrə 123 nəfər
Quba-Xaçmaz Regional Təhsil İdarəsi üzrə 117 nəfər
Qarabağ Regional Təhsil İdarəsi üzrə 112 nəfər
Naxçıvan Muxtar Respublikası üzrə 105 nəfər
Şirvan-Salyan Regional Təhsil İdarəsi üzrə 88 nəfər ali məktəblərə qəbul imtahanında yüksək nəticə əldə edib.