image-rt-reklam
image-2222backend

Qurani-Kərimdəki cənnət təsvirinə uyğun gələn yer: Dağlar, dəniz və şəlalələr -Kocaeli

image-728x90

Türkiyənin ən gözəl şəhərlərindən biri sözsüz ki, Kocaelidir. Rəsmi statistikaya görə bu cənnət diyarda 2 milyona yaxın insan yaşayır. Kocaelinin tarixi olduqca qədimdir. Tarixçilər idda edir ki, bu qədim şəhərdə ilk insanlar hələ eramızdan əvvəl məskən salıblar. Şəhərin indiki adının isə maraqlı tarixçəsi var.  Rəvayətə görə bu şəhərinin adı Akça Kocanın şərəfinə Kocaeli adlandırılıb. 2 Sentyabr 1993-cü il tarixli dövlət qərarı ilə böyük şəhər adlandırıldı. Bu şəhərdə çoxsaylı tarixi abidələr mövcuddur. Türk mədəniyyətinin izilərini özündə əks etdirən Kocaeli Pişmaniye adlı şirniyyatı ilə dünyada məşhurdur. Kocaeli tarixdə bir neçə dəfə dəhşətli fəlakətlə üz-üzə qalıb. Turistlərin çox sevdiyi bu bölgədə çoxsaylı zəlzələrə şahidlik edib. 17 avqust 1999-cu ildə Kocaeli bölgəsində 7.4 bal gücündə zəlzələ baş verib. 45 saniyə davam edən zəlzələ Türkiyə tarixində “ən uzun zəlzələ” kimi tanınır. Ölkənin bir çox bölgəsində dağıntılara səbəb olan hadisə 17 min 118 nəfərin ölümünə səbəb olub, 25 minə yaxın insan yaralanıb.

Bu bölgənin məşhur edən daha bir məqam tarixi abidələridir. Kocaeli əsl cənnətdir. Qurani-Kərimdəki cənnət təsvirinə uyğun gələn yer təxmin edilən Kocaelinin Kartepe mahalıdır. Bu səbəbdən ərəblər bu bölgəyə axın edirlər.

Türkiyənin ən inkişaf etmiş sənaye şəhərlərindən biri olan Kocaeli həm İzmit körfəzi, həm də Qara dəniz sahilləri boyunca uzanan təmiz çimərlikləri, yaşıl milli parkları və keyfiyyətli xizək kurortları ilə həm də Mərmərə bölgəsinin ən unikal turizm şəhərlərindən biridir.

Minlərlə illik tarixi olan Kocaeli həm təbii gözəllikləri, həm də şəhərin hər yerində qarşılaşacağınız gözəl muzeyləri, tarixi sərvətləri, füsunkar malikanələri və abidələri ilə xoş səyahət təcrübəsi təqdim edir. Bu yazımızda Kocaelinin ən gəzməli və görməli yerlərini oxucularımıza təqdim edəcəyik.

image-1

Təkcə Kocaelinin deyil, Türkiyənin də ən böyük şəhər parklarından biri olan və dəniz kənarında inşa edilən Seka Park, keçmiş Seka Kağız Zavodunun ərazisindəki 580 hektar yaşıllıq ərazisini əhatə edir.

image-2

Kartepe

Təkcə Kocaelinin deyil, həm də İstanbul və Bursa kimi qonşu şəhərlərin ən məşhur qış istirahət mərkəzlərindən biri olan Kartepe şəhərdən cəmi 32 kilometr uzaqlıqdadır. Xizək kurortu Kartəpə dağının ətəyində, dəniz səviyyəsindən təxminən 1600 metr yüksəklikdə yaradılıb.

image-3

Koreya və Vyetnam müharibələrində iştirak edən və 1972-ci ildən Türkiyə Hərbi Dəniz Qüvvələrinə xidmət edən “Gayret Gəmisi”  mühüm gəmiqayırma zavodlarından biri olan Gölcük Gəmiqayırma Zavodunda təmir edilərək şəhərin sakinlərinin və qonaqların istifadəsinə verilib.

image-5

İzmit Saat Qülləsi

Kocaelinin simvolik tikililərindən biri olan və xalq arasında Kocaeli Saat Qülləsi kimi tanınan 16 metr hündürlüyündə, 4 mərtəbəli İzmit Saat Qülləsi 1902-ci ildə Sultan II tərəfindən tikilib. Əbdülhəmidin xatirəsinə tikilmiş memarlıq əsəridir. Şəhərin hər yerindən görünməsi üçün xüsusi bir yerə yerləşdirilən və heyranedici neo-klassik memarlığı ilə Kocaelinin ən çox fotoşəkil çəkilən strukturlarından biri olan saat qülləsi 2010-cu ildə orijinal formasına qaytarıldı.

image-6

Kerpe Kartal qayaları

image-9
Səlim Sırrı Paşa Köşkü 19-cu əsrdə inşa edilib.   Osmanlı dövrünə aid ən gözəl  memarlıq abidəsidir.

image-11
Seka Kağız Muzeyi

Atatürkün göstərişi ilə açılan və Türkiyənin ən qədim sənaye ocaqlarından biri olan Seka Kağız Zavodunun müəyyən bölmələri 2016-cı ildən muzeyə çevrilib. 12.000 m2 sahəni əhatə edən və təsirli kolleksiyaları ilə diqqət çəkən Seka Kağız Muzeyində kağızdan hazırlanmış sənət əsərləri, heykəllər və maraqlı məhsullar var.

Türkiyənin ən qədim abidələrindən biri də Kocaelidə yerləşən Eshisar qalasıdır.

Tarixi məlumatlara görə bu qala  İzmit Körfəzinin cənub hissəsini nəzarətdə saxlamaq üçün bölgəyə baxan bir təpənin üzərində 1241-ci ildə inşa edilib. Bizans dövründə inşa edilən və Osmanlı dövründə yenidən təmir edilən qala , 1998-ci ildə orijinal forması ilə bərpa edilərək turistlərin üzünə açılıb.

Bir sözlə Kocaelidə saysız hesabsız tarixi abidələr, şəlalər, dağlıq məkanlar var. Kocaeli həm dağ, həm dənizlə əhatə olunduğundan bu məkan turistlərin ən çox sevdiyi yerlərdən biridir. Yolunuz Kocaeliyə düşsə mütləq bu tarixi məkanları ziyarət edin.

Qoşqar Salmanlı

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90