image-rt-reklam
image-1backend

Rusiya  2 milyon  hərbçi  ilə Ukraynaya böyük savaş açır – The Telegraph

image-728x90

Rusiya Ukrayna ilə sərhəddə döyüşən qüvvələrini gücləndirmək məqsədilə təxminən iki milyon ehtiyatda olan hərbçini səfərbər etməyə hazırlaşır. Ulusal.az xəbər verir ki, bu barədə The Telegraph məlumat yayıb.

Yeni qanunvericilik dəyişikliklərinə əsasən, ehtiyatda olan hərbçilər artıq yalnız müharibə elan edildikdən sonra deyil, həm də sülh dövründə orduya çağırıla biləcəklər.

Sözügedən dəyişikliklər prezident Vladimir Putinə 2022-ci ilin sentyabrında həyata keçirilən və ölkədə geniş narazılığa, həmçinin on minlərlə kişinin ölkədən qaçmasına səbəb olan qismən səfərbərlikdən sonra yeni ümumi çağırış elan etmədən ordunu gücləndirməyə imkan verəcək.

Məlumata görə, bu addım Ukraynada döyüşən 700 minlik Rusiya ordusunun yenilənməsi və genişləndirilməsi məqsədi daşıyır.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90