image-rt-reklam
image-1backend

Baş nazir Kobaxidze ATƏT-in sədri ilə görüşdən imtina etdi

image-728x90

Gürcüstanın baş naziri İrakli Kobaxidze ATƏT-in fəaliyyətdə olan sədri və Finlandiyanın xarici işlər naziri Elina Valtonenlə görüşü ləğv edib.

Bu barədə Gürcüstan hökumətinin mətbuat xidməti məlumat yayıb.
Dünənki qeyri-qanuni mitinqdə iştirakı və yalan bəyanatlar yayması səbəbindən baş nazir Finlandiyanın xarici işlər naziri ilə planlaşdırılan görüşü ləğv edib.

Məlumata görə, Valtonen dünən etiraz aksiyasının keçirildiyi Gürcüstan parlamentinin binası qarşısına gəlib və aksiyanın VİDEOsunu sosial şəbəkədə yayıb:

“Gürcüstanın paytaxtı Tbilisidə parlament binası qarşısına toplaşan dinc etirazçılar ölkələrinin repressiv istiqaməti ilə bağlı narahatlıqlarını ifadə ediblər. Onların demokratiyaya, ifadə azadlığına və əsas insan hüquqlarına tam hüququ var.

Biz onlara dəstək olmaq üçün buradayıq.”

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90