image-rt-reklam
image-1backend

Saray bağları sakinləri: “Artıq 10–15 ildir kanalizasiya sistemi olmadan yaşayırıq”

image-728x90

Saray Bağları, Qurd Dərəsi massivi, Ruhulla Axundov küçəsinin sakinləri uzun illərdir kanalizasiya problemi ilə üz-üzədirlər. Sakinlər bildirirlər ki, təxminən 10–15 ildir bu ərazidə kanalizasiya sistemi yoxdur və məsələ ilə bağlı edilən çoxsaylı müraciətlərə baxmayaraq, problemin həlli istiqamətində real addım atılmayıb.

Bu ərazidə yaşayan  Nihad Abbasov saytımıza açıqlamasında qeyd edib ki, bu illər ərzində dəfələrlə aidiyyəti qurumlara şikayətlər ünvanlanıb, lakin nəticə dəyişməyib:

“Bir neçə dəfə kanalizasiya boruları quraşdırılmaq adı ilə əraziyə gətirilib, lakin işlər yarımçıq saxlanılıb. Borular sadəcə gətirilir, bir müddət sonra isə aparılır. Sonra yenidən geri gətirilir, amma heç vaxt quraşdırılmır. Biz artıq bu vədlərdən bezmişik.”

Sakinlərin sözlərinə görə, hər dəfə şikayət edildikdə, Azərsu ASC və yerli su-kanal idarələrindən yalnız “layihə hazırlanır” kimi şablon cavablar verilir, lakin faktiki iş görülmür.

Nəticədə, kanalizasiya sistemi olmadığından evlərin çirkab suları küçələrə axır, ərazidə pis qoxu və antisanitar vəziyyət yaranır.

Sakinlər Azərsu ASC-ni, Sumqayıt şəhər Su Kanal və Bağlar Su Kanal idarələrini məsələni ciddi şəkildə araşdırmağa, kanalizasiya sisteminin qısa müddətdə çəkilməsiəraziyə nəzarətin gücləndirilməsi üçün təcili tədbirlər görməyə çağırırlar. Mövzuya qayıdacayıq.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90