image-rt-reklam
image-metro-qataribackend

Metroda problem yarandı – Qatar tuneldə qaldı

image-728x90

Bu gün səhər saatlarında metronun “Elmlər Akademiyası” və “28 May” stansiyalarında qatar tuneldə qalıb.

“Bakı Metropoliteni” QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov “Qafqazinfo”ya bildirib ki, bu, metroda intervalın azalması ilə bağlıdır.
Ətraflı

“Bəzi günlərdə sərnişin sıxlığının tənzimlənməsi ilə bağlı belə hallar müşahidə edilir. Problem əsasən, “Dərnəgül” – Nizami” sahəsində qeydə alınır. Sıxlıq olanda, sərnişinlər hüdud xəttini keçəndə və ya qapını tutub saxlayanda ləngimələr olur.

“İnşaatçılar” – “Nizami” sahəsi mailli olduğundan, burada qatar stansiyanı tərk etməmiş digər stansiyada qatar hərəkət edə bilmir. Bu səbəbdən həmin istiqamətlərdə cüzi ləngimələr qeydə alınır. Bunun bütün xəttə təsir etməməsi üçün tənzimləmə işləri aparılır”, – B.Məmmədov əlavə edib.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90