image-rt-reklam
image-image_750x_63dc060a3b349backend

Qarabağda ermənilər Azərbaycan vətəndaşlığı istəyir: Xankəndində nə baş verir?  

image-728x90

Xankəndində vəziyyət kritik həddədir. Ulusal.az xəbər verir ki, bunu erməni nəşri “Hraparaq” yazıb. Nəşr iddia edir ki, Qarabağda ermənilər arasında artıq fikirlər haçalanıb.

“Ermənilər arasında ciddi fikir ayrılıqları var. Məhz bu fikirləri haçalanmasına səbəb sosial şəbəkələrdə yazılanlardır. Xankəndində yaşayan bəzi sosial şəbəkə istifadəçiləri tezlklə Azərbaycan vətəndaşlığı almağı arzu edən postlar paylaşırlar. Məhz bu səbəbdən güc strukturları hərəkətə keçib və onları tapıb həbs edir. Dünəndən başlayaraq Azərbaycanın xeyrinə status yazan şəxslər güc strukturları tərəfindən həbs edilir.  Araik Aruthunyanın ən yaxın adamlarından olan  Artur Baghdasaryan Facebookda Azərbaycanı təbliğ edən ən böyük qrupun rəhbəridir. Artur Bagdasaryan dünən həbs edilib. Verilən məlumata görə 50 şəxs həbs edilib” – “Hraparaq” yazıb.

P.S Erməni mediası etiraf etməsə də aydın görünür ki, indi Qarabağda yaşayan ermənilər daha yaxşı yaşamaq üçün Azərbaycan vətəndaşlığı almağa can atırlar. Artıq yüzlərlə belə müraciət var. İki gün öncə Araik Aruthunyan tərəfindən toplantı keçirən ermənilər bunu etiraf etməyə məcbur olmuşdular.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90